Gerb

20 noyabr 2015, 11:15

Möhtərəm cənab Prezident!

Bu gün ölkəmizin bütün regionlarında müşahidə olunan inkişaf, geniş vüsət alan tikinti-quruculuq işləri və həyata keçirilən sosial yönümlü layihələr məhz Sizin gərgin əməyinizin bəhrəsidir. Yaşadığımız Sumqayıt şəhərinin mərkəzi giriş küçəsinin genişləndirilməsi, yollara yüksək keyfiyyətli asfalt örtüyün döşənməsi, piyadalar üçün səkilərin düzəldilməsi bizi ürəkdən sevindirir. Vətəndaşlara xidmət edən bu siyasətinizi daim dəstəkləyir, şəxsiyyətinizə dərin ehtiramımızı bildirir və Sizə təşəkkür edirik.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Məmmədov Kənan.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.