İlham Əliyev Fransa hökumətinin üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

26 noyabr 2015, 16:25
İlham Əliyev Fransa hökumətinin üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkələrimiz arasında güclü dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Andre Valli bildirdi ki, bu dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Fransua Ollandı birləşdirən şəxsi münasibətlər nəticəsində daha da güclənib.

Prezident İlham Əliyev bu yaxınlarda Parisdə törədilmiş terror aktı ilə bağlı bir daha Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verdi. Fransa Prezidenti Fransua Ollandın Azərbaycana iki dəfə səfər etməsini və özünün isə Fransaya çoxsaylı səfərlərini xatırlayan dövlətimizin başçısı bütün bunları ikitərəfli əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Parisdə törədilən terrorla bağlı Prezident İlham Əliyevin başsağlığından təsirləndiyini bildirən Andre Valli Azərbaycana səfərinin ilk günündən terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Fransanın Bakıdakı səfirliyinin qarşısına əklil və gül dəstələrinin düzülməsinin şahidi olduğunu və Azərbaycan xalqının Fransanın dərdinə şərik çıxmasını ifadə edən mesajları oxuduğunu dedi. O, bütün bunları Prezident İlham Əliyevin və Azərbaycan xalqının Fransa xalqının dərdinə şərik çıxmasının göstəricisi kimi qiymətləndirdi.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, kosmik sənaye, müdafiə, təhsil, mədəniyyət və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04