Gerb

28 noyabr 2015, 11:40

Hörmətli cənab Prezident!

Son günlər imzaladığınız fərman və sərəncamlarınıza, verdiyiniz tapşırıqlara uyğun olaraq sahibkarlara böyük dəstək verilməsi, onlara məxsus obyektlərin sənədləşdirilməsi işlərinin sürətləndirilməsi bizi çox razı salır. Mənə məxsus qeyri-yaşayış binasına dövlət reyestrindən çıxarış əldə etmək üçün aidiyyəti quruma müraciət etdim və tez bir zamanda rahat şəkildə lazımi sənədləri əldə etdim.  

Möhtərəm prezident, sahibkarlara yaratdığınız belə gözəl şəraitə görə Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı arzu edirəm. Azərbaycanın Sizin sayənizdə daha da inkişaf edəcəyinə əminik.

Hörmətlə,

Qaraşov Əli Namaz oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.