28 noyabr 2015, 12:10

Gülsəfa Əliyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 2a-da yaşayan sakinlər adından həyətimizdə aparılan abadlıq-quruculuq, asfaltanma işlərinə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Sizin Sumqayıta göstərdiyiniz diqqət və qayğı nəticəsində şəhərimizdə mühüm işlər görülüb. İnanırıq ki, bu işlər davamlı olacaq və Sumqayıt respublikamızın ən gözəl şəhərlərindən birinə çevriləcək. 

Hörmətlə,

Əliyeva Gülsəfa Məmməd qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.