Gerb

30 noyabr 2015, 13:00

Hörmətli cənab Prezident!

Nardaran qəsəbəsində baş verən hadisələr bizi çox təəssüfləndirir və hiddətləndirir. Bu, təcavüzkar dövlətlərə xidmət edən qüvvələrin din pərdəsi altında Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq cəhdlərindən başqa bir şey deyildir. Bu çirkin niyyətlər Azərbaycanın müstəqilliyinin sarsıdılmasına yönəlib. Lakin ölkəmizin sürətli sosial-iqtisadi inkişafını və dünyəvi dövlətə çevrilməsini gözü götürməyən bədnam qüvvələr anlamalıdırlar ki, belə müdaxilələrin qarşısı hər zaman alınacaqdır.

Hörmətli cənab Prezident, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq Sizin ətrafınızda sıx birləşib. Bərdə ziyalıları və dindarları da hər zaman dövlətimizi və dövlətçiliyimizi dəstəkləyirlər.

Hörmətlə,

Hüseynov Ramazan.

Azərbaycan Respublikası, Bərdə rayonu.