30 noyabr 2015, 13:30

Zaur Səfərovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

Son vaxtlar respublikamızda aparılan böyük abadlıq və quruculuq işləri, doğma şəhərimiz Sumqayıta göstərdiyiniz qayğı və məhəbbət məni bu məktubu yazmağa sövq etdi.

Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri son iki ayda daha geniş vüsət alıb. Belə ki, bütün bağçaların və məktəblərin dam örtükləri əsaslı təmir edilib, təhsil və səhiyyə müəssisələri istilik sistemi ilə təchiz olunub. Məhəllələrarası yollara təzə asfalt örtüyü döşənib, köhnə binalar öz görkəmini dəyişib, yeni yaşıllıqlar salınıb, bir sözlə, hər yerdə böyük canlanma müşahidə olunur.

Möhtərəm cənab Prezident, bütün bu abadlıq və quruculuq işlərinə, doğma şəhərimiz Sumqayıta və onun sakinlərinə göstərdiyiniz diqqətə və qayğıya görə bir sumqayıtlı, bir valideyn və bir vətəndaş kimi Sizə böyük minnətdarlığımı bildirirəm. Respublikamızın inkişafı və tərəqqisi yolunda fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Sizi əmin edirəm ki, bu yolda mən də bir vətəndaş kimi əlimdən gələni əsirgəməyəcəyəm.

Hörmətlə,

Səfərov Zaur Səfərəli oğlu. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.