03 dekabr 2015, 12:30

Hasil İbrahimov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin qayğınız və müdrik siyasətiniz sayəsində respublikamızın bütün bölgələri sosial-iqtisadi inkişafa nail olub. Son illərdə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün Ağcabədi rayonunun Rəncbərlər kəndində də bir sıra layihələr həyata keçirilib. Kəndimizdə müasir tələblər səviyyəsində tikilən orta məktəb binası istilik sistemi, zəngin kitabxana, kompyuter otaqları, idman zalı və digər zəruri avadanlıqla təchiz olunub.

Bundan başqa, kənd ərazisində tutumu 5 min ton olan soyuducu kamera və asfalt zavodu tikilib istifadəyə verilib. Əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün 5 subartezian quyusu qazılıb. Görülən bütün bu işlərlə yanaşı, bu soyuq payız aylarında kəndimizə təbii qazın verilməsi camaatın böyük sevincinə səbəb oldu.

Əziz Prezidentimiz, kənd camaatı adından Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Biz Sizi həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Çətin və şərəfli işlərinizdə Sizə uğurlar arzulayırıq. Allah həmişə üstünüzdə yar olsun.

Hörmətlə,

İbrahimov Hasil Ələm oğlu

Məhərrəmov Məhərrəm İsa oğlu

Əliyev Əbülfət Qardaşxan oğlu

Mamedova Zeynəb Yahya qızı və başqaları (cəmi: 23 nəfər).

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Rəncbərlər kəndi.