03 dekabr 2015, 12:50

İsmayıl İbrahimov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident!

Doğma vətənimiz Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədədir və sarsılmazdır. Bu, ölkəmizdəki tolerantlığın əsl nümunəsidir. Respublikamızda dindarlar məzhəb fərqi olmadan birlikdə ibadət edirlər, bir-biriləri ilə qaynayıb-qarışırlar. Bütün dünya ölkəmizdəki bu tolerantlığa şahiddir.

Bütün bunlara baxmayaraq, müxtəlif insanlar, məsələn, “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadə kimi saxtakarlar  ölkəmizdəki birliyi, dostluğu, qardaşlığı və tolerantlığı pozmağa cəhd edirlər. Bildiyimiz kimi, İslam dini xainliyin, terrorun, silaha və zora əl atılmasının, günahsız insan qanının axıdılmasının əleyhinədir.

Möhtərəm cənab Prezident, Göyçay rayon Mərkəz məscidinin dindarları bu kimi halları qətiyyətlə pisləyir, belə hadisələri törətməkdə günahkar olanların cəzalandırılmasını istəyirlər. Biz Sizin dinimizə, dindarlara, ibadət ocaqlarına göstərdiyiniz diqqətinizi və qayğınızı çox gözəl bilirik.  Biz daim Sizin arxanızdayıq və Sizi dəstəkləyirik. 

Hörmətlə,

İbrahimov İsmayıl

Məmmədov Həsən

Babayev Çingiz

Daşdıyev Mənsur

Abuşov Bəhruz və başqaları (cəmi: 295 nəfər).

Azərbaycan Respublikası, Göyçay rayonu.