03 dekabr 2015, 18:00

Elvin Abduləliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin gördüyünüz işləri, uzaqgörən siyasətinizin müsbət nəticələrini böyük maraqla və həvəslə izləyir, bundan zövq alıram. Respublikamızın hər bir bölgəsində müşahidə edilən yeniliklər insana çox təsir bağışlayır.

Naxçıvan Muxtar Respublikasında Sizin iştirakınızla xəstəxanasının, sənaye kompleksinin, günəş elektrik stansiyasının və digər obyektlərin açılışı bir daha onu göstərir ki, ölkəmiz inkişaf edir, iqtisadiyyatımız güclənir.

Möhtərəm Prezident, gənc bir vətəndaş olaraq siyasətinizi bəyənir, gördüyünüz işlərə görə Sizə təşəkkürümü bildirirəm. Belə sürətli inkişafla ölkəmiz hələ çox zirvələr fəth edəcək. 

 

Hörmətlə,

Abduləliyev Elvin Ramiz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.