04 dekabr 2015, 15:25

Nərgiz Mirzəyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab  Prezident!

Sizin uşaqlara göstərdiyiniz diqqətinizin və qayğınızın nəticəsidir ki, Sumqayıt şəhər 46 nömrəli uşaq bağçası əsaslı şəkildə təmir edilib, bağçanın dam örtüyü yenilənib və məktəbəqədər tədris müəssisəsi istilik sistemi ilə təchiz olunub.

Bütün bunlara görə Sumqayıt şəhər 46 nömrəli uşaq bağçasında tərbiyə alan uşaqların valideynləri adından Sizə dərin minnətdarlığımızı bildirir, təşəkkür edirik.

Hörmətlə,

Mirzəyeva Nərgiz Mübariz qızı, valideyn.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.