Gerb

07 dekabr 2015, 11:40

Hörmətli cənab Prezident,

“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Bu çətin, hüznlü və ağrılı anlarda Sizin, habelə bizə qəlbən yaxın olan  Azərbaycan xalqının, həlak olanların ailələrinin və yaxınlarının dərdinə şərik olduğumuzu bildirmək istəyirik. İsrail Dövlətinin vətəndaşlarından heç kəs, xüsusən əslən Azərbaycandan olanlar qardaş və doğma ölkədə baş vermiş bu dəhşətli faciəyə biganə qalmayıb. Təəssüflər olsun ki, hələ gənc olan, müstəqil Azərbaycan üçün çox işlər görə biləcək insanların həyatı yarımçıq qaldı.

Bu hadisə bizim üçün - əslən Azərbaycandan olanlar üçün şəxsi faciə, ağrı və itkidir. Bu ağır günlərdə biz həmişə olduğu kimi, Azərbaycan xalqının yanındayıq.

Başın sağ olsun, Azərbaycan, Allah ölənlərə rəhmət eləsin.

Hörmətlə,

Arye Qut

Beynəlxalq münasibətlər sahəsində ekspert,

“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri,

İsrail Dövləti, Bnei Brak şəhəri