09 dekabr 2015, 14:00

Gülbəniz Kərimovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Həyat yoldaşım Qarabağ uğrunda gedən döyüşlərin birində şəhid olub. Onun yoxluğu bizə çox böyük zərbə olsa da, dövlətimizin köməyi, qayğısı sayəsində özümüzdə təskinlik və güc tapırıq. Bu qayğının içərisində şəhid ailələrinin fərdi yaşayış evləri ilə təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bizim ailə bu yaxınlarda müasir tipli üçotaqlı evlə təmin olundu.  

Möhtərəm Prezident, həm öz adımdan, həm də övladlarım adından bir daha Sizə minnətdarlığımı bildirirəm. Allahdan Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı diləyirəm.

Hörmətlə,

Kərimova Gülbəniz Fəqan qızı,

şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Boyat kəndi.