Gerb

09 dekabr 2015, 17:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Xəzər dənizindəki platformada baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumu bildirir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Qurbanqulu Berdiməhəmmədov

Türkmənistanın Prezidenti