Gerb

09 dekabr 2015, 17:13

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada baş vermiş yanğın nəticəsində insanların həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına, Zati-alinizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Qadir Allah həlak olanların ruhlarını şad etsin, onların ailələrinə səbir versin.

Hörmətlə,

Təmim bin Həməd Al Tani

Qətər Dövlətinin Əmiri