Gerb

10 dekabr 2015, 12:00

Hörmətli cənab Prezident!

Respublikamızda apardığınız məqsədyönlü siyasət nəticəsində bütün bölgələrdə olduğu kimi, yaşadığımız Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində də böyük abadlıq-quruculuq işləri görülüb. Belə ki, Sizin diqqətiniz və qayğınız sayəsində kəndimizə asfalt yol çəkilib, yaşayış məntəqəsi tamamilə qazlaşdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Əkin-biçin işlərini genişləndirmək və inkişaf etdirmək üçün 2006-cı ildən bəri kənd ərazisində 30-a yaxın subartezian quyusu qazılıb istifadəsinə verilib. Demək olar ki, kəndimizdə həyat üçün vacib olan bütün şərait yaradılıb.

Möhtərəm cənab Prezident, Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, cəbhəyanı kəndin sakinləri olaraq həmişə Sizə arxalanırıq. Kənd sakinləri adından Sizə təşəkkür edirik.

Hörmətlə,

Quluyev Rüstəm

İsmayılov Alim

Əsədov Şaxlar

Mirzəyev Vəli və başqaları (cəmi: 17 nəfər).

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi.