10 dekabr 2015, 10:25

Firdovsi Əliyevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin diqqət və qayğınız sayəsində respublikamızın bütün regionlarında olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da geniş abadlıq-quruculuq işləri aparılır. Bu, özünü bizim yaşadığımız Sarıcalı kəndində də göstərir. Kəndimizin bir çox problemləri öz müsbət həllini tapıb. Cari ilin noyabr ayının 16-da kəndimizə təbii qazın verilməsi insanlarda xoş əhval-ruhiyyə oyadıb.

Möhtərəm Prezident, Siz bizi böyük əziyyətdən qurtardınız. Bu qayğıya görə kənd sakinləri Sizə dərin minnətdarlıqlarını bildirirlər. Allah Sizi qorusun.

Hörmətlə,

Əliyev Firdovsi Səfqulu oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu, Sarıcalı kəndi.