Ukraynanın Prezidenti Pyotr Poroşenkodan

10 dekabr 2015, 17:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

“Günəşli” yatağındakı neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması barədə xəbəri böyük kədər hissi ilə qarşıladım.

Həlak olan insanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Bu kədərli günlərdə dost Azərbaycan xalqının ağrısına şərikik.

 

Hörmətlə,

Pyotr Poroşenko

Ukraynanın Prezidenti