İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

11 dekabr 2015, 08:00
İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo