Gerb

11 dekabr 2015, 08:51

Hörmətli cənab Prezident!

Sumqayıt sakinləri adından Sizi salamlayır və işlərinizdə uğurlar arzulayırıq. Son vaxtlar şəhərimizdə gedən abadlıq və quruculuq işləri bizim mikrorayonda da öz əksini tapıb. Mikrorayonda məhəllədaxili yollar asfaltlanıb, binaların dam örtükləri yenilənib, həyətlərdə işıqlandırma sistemi quraşdırılıb.

Möhtərəm cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qəhrəmanov Müzəffər Məhəmməd oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.