11 dekabr 2015, 14:00

Ceyhun Əliyevdən, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz – Ucar rayon Mərkəzi Cümə Məscidinin dini icmasının üzvləri bütün Azərbaycan xalqı kimi Sizin rəhbərliyiniz altında aparılan daxili və xarici siyasəti ürəkdən dəstəkləyirik. Biz dindarlar da ölkəmizin gündən-günə inkişaf etməsinin şahidiyik və Sizin rəhbərliyiniz etdiyiniz bu dövlətdə yaşadığımız üçün özümüzü xoşbəxt hesab edirik.

Ölkəmizin sürətlə tərəqqi etməsi, əsl tolerantlıq nümunəsinə çevrilməsi, sabitliyə və ədalətli sosial siyasətə görə xalqın ətrafınızda daha da sıx birləşməsi daxili və xarici düşmənlərimizi qorxuya və təşvişə salıb. Düşmənlərimiz dövlətimizin daha da inkişaf etməsinin qarşısını almaq üçün ölkəmizdə öz mənfur siyasətlərini həyata keçirmək istəyirlər.

Biz çox təəssüf edirik ki, onlar həmin siyasəti həyata keçirərkən daim sülhü təbliğ edən dinimizdən istifadə etməkdən belə çəkinmirlər. İstədikləri isə odur ki, Azərbaycanı da terror bataqlığına sürükləsinlər. Lakin unudurlar ki, bizim güclü dövlətimiz və qətiyyətli Prezidentimiz var. Onlar bu unutqanlıqlarının cavabını Nardarandakı son hadisələr zamanı artıqlaması ilə aldılar.

Möhtərəm cənab Prezident, biz Ucar dindarları bildirmək istəyirik ki, terrorun bütün növlərini pisləyir və hər zaman dövlətimizi dəstəkləyirik.

Hörmətlə,

Əliyev Ceyhun.

Azərbaycan Respublikası, Ucar rayonu.