Gerb

11 dekabr 2015, 17:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

“Günəşli” neft yatağındakı platformada baş vermiş qəza və insanların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Biz Azərbaycan Respublikası rəhbərliyinin və xalqının bu ağır kədərini bölüşür, səbir və dözüm diləyirik.

Hörmətlə,

İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri