İtaliya Respublikasının Prezidenti Sergio Mattarelladan

11 dekabr 2015, 17:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada baş verən qəza nəticəsində insanların həyatlarını itirməsi, itkin düşməsi və xəsarət alması xəbərini dərin kədər hissi ilə qarşıladım.

İtkin düşən insanların axtarışının müsbət nəticələnəcəyinə ümid edir, Sizə, faciənin qurbanlarının ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Zati-aliləri, bu hüznlü günlərdə Sizin yanınızda olduğumuzu və kədərinizə şərik çıxdığımızı bildirirəm.

Hörmətlə,

Sergio Mattarella

İtaliya Respublikasının Prezidenti