13 dekabr 2015, 10:10

Kəmalə Mustafayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Pirallahı rayonunun sakinləri, xüsusilə təqaüdçülər Sizə dərin minnətdarlıqları bildirirlər. Sizin tapşırığınız əsasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qəbul edilmiş qərar hər birimizin ürəyindən xəbər verdi. Dərman və preparatların qiymətinin aşağı salınması, ölkənin bütün apteklərində vahid qiymətə satılması çox yaxşı haldır. Bu qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır. Biz bunu, eyni zamanda, sosial yönümlü siyasətinizin tərkib hissəsi kimi dəyərləndiririk.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə görülən bütün işlər sakinlər tərəfindən sevinc hissi ilə qarşılanır. Çətin və şərəfli işinizdə Sizə uğurlar arzu edirik.

Pirallahı rayon sakinləri adından dərin hörmətlə,

Mustafayeva Kəmalə Cavad qızı, 

Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Pirallahı rayonu