Tərlan Həmidov və başqalarından, Lerik, Azərbaycan
16 dekabr 2015, 14:00
Çox hörmətli Prezidentimiz,
Biz həmişə Sizin daxili və xarici siyasətinizi dəstəkləmişik və son nəfəsimizə qədər bu əqidədən dönməyəcəyik. Son illərdə çiçəklənən ölkəmizdə təhsilə, səhiyyəyə, mədəniyyətə olan qayğınız bizi yeni nailiyyətlərə ruhlandırır.
Respublikamızın hər yerində olduğu kimi, Lerik rayonunda da Sizin qayğınızı bütün sahələrdə hiss edirik. Belə ki, təbii qaz, elektrik enerjisi təminatı, kənd yollarının asfaltlanması insanların sosial qayğılarının həllinə göstərilən böyük diqqətdən irəli gəlir. Bu ilin dekabrında rayonumuzda 180 yerlik yeni məktəb binasının açılışı hər birimizi sevindirdi. Məktəb ən yeni texniki vasitələrlə təmin edilib. Bu, kənd ictimaiyyətinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və ağsaqqalların sevincinə səbəb olub.
Bir daha Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Həmidov Tərlan
Rufullayev Cavad
Hüseynova Fərəxnisə
Fərziyeva Əsəb
Gülhəsənov İskəndər
Kərimov Nadir
Abdullayev Eynəli - cəmi 43 nəfər.
Azərbaycan Respublikası, Lerik rayonu.