18 dekabr 2015, 11:50

Barat İbadovdan, Sumqayıt, Azərbaycan

Hörmətli Prezident!

Biz - Saray bağları yaşayış sahəsinin sakinləri Sizi salamlayır və Sizə işlərinizdə uğurlar arzulayırıq.

Son vaxtlar Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri bizim yaşadığımız Saray bağları yaşayış sahəsində də öz əksini tapıb. Belə ki, bağların uzun müddət baxımsız qalan yoluna asfalt örtüyü döşənib, əhalinin gediş-gəlişi rahatlaşıb. Buna görə bütün sakinlər adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İbadov Barat İsmayıl oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.