18 dekabr 2015, 16:30

Adil Abdullayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanda sahibkarlara və iş adamlarına Sizin daimi diqqətiniz və qayğınız olub, biz bu gün də bunu görürük. Biz “Avropa Lift Sistemləri” MMC təkrar lisenziyanın alınmasında böyük problemlər olduğu üçün fəaliyyətimizi dayandırmağı düşünürdük. Lakin Sizin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında 2015-ci il 19 oktyabr tarixli Fərmanınıza əsasən həmin lisenziyanın alınmasının “ASAN xidmət”ə verilməsi nəticəsində biz təkrar lisenziyanı maneəsiz və çox qısa müddətdə aldıq. Buna görə şəxsən öz adımdan və lift sektorunda işləyən bütün iş adamlarının adından Sizə təşəkkürümüzü bildiririk. 

Yaradılmış nadir “ASAN xidmət” sistemi, onun fəaliyyət dairəsinin genişləndirilməsi əhali tərəfindən müsbət qarşılanır. Bu sistem korrupsiyaya qarşı ciddi mübarizədir.

Hörmətlə,

Abdullayev Adil Tələt oğlu, 

“Avropa Lift Sistemləri” MMC-nin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.