19 dekabr 2015, 13:00

Əzizə Quliyeva və başqalarından, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin müdrik siyasətinizin nəticəsidir ki, Azərbaycanımız bu gün dünyanın ən sabit ölkələrindən birinə çevrilib. Ölkəmizdə bərqərar olan sağlam ictimai-siyasi mühit xalqımıza qürur verən dəyərləndəndir. Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yollara asfalt döşənməsi, 57 saylı uşaq bağçasının dam örtüyünün və istilik sisteminin təmir edilməsi biz sakinləri çox sevindirir.

Hörmətli cənab Prezident, Azərbaycan xalqına xidmət edən uğurlu daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyir, Sizə möhkəm cansağlığı, uzun ömür arzu edirik.

Hörmətlə,

Quliyeva Əzizə

Rzayev Canəli

Adıgözəlova Zemfira

Məmmədov İslam

Həsrətov Yaşar. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.