Gerb

19 dekabr 2015, 13:25

Hörmətli cənab Prezident!

Artıq neçə illərdir ki, Sizin adınız hər bir azərbaycanlı ailəsində hörmət və ehtiramla çəkilir. Yaşadığımız Şirvan şəhərində Sizi milli-mədəni irsimizin qoruyucusu, təhsilin, səhiyyənin himayədarı, sosial qayğıya möhtac olan aztəminatlı ailələrin, kimsəsiz və köməyə ehtiyac duyan insanların dostu, ümid yeri, xilaskarı kimi tanıyırlar.

Sizin sayənizdə biz şirvanlılar bir çox nailiyyətlər əldə etmişik. Keçmiş sovetlər dövründə yaşadığımız qəsəbədə heç vaxt asfalt-beton örtük olmamışdı. Öz vəsaitimiz hesabına küçələri çınqıl və qumla qismən bərpa edirdik. Yaşadığımız massivə palçıq və su əlindən hətta təcili tibbi yardım maşınları da çox çətinliklə gəlib çıxırdı. İndi isə həmin küçələrə yüksək səviyyədə asfalt-beton örtük çəkilib. Bununla yanaşı, qəsəbəmizdə bir çox digər problemlər də müsbət həll olunub.

Möhtərəm cənab Prezident, bizə böyük sevinc bəxş etdiyinizə görə qəsəbəmizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əskərov Azad

İsmayılov Ələddin

Gülmalıyev Ələddin

Məmmədov Mirzə və başqaları.