Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

24 dekabr 2015, 18:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 494; 2009, № 2, maddə 66, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddə 188, № 6, maddə 493; 2013, № 12, maddə 1507) ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 2-ci hissəsində “və onun müavinləri, habelə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xidmətində müstəqil struktur vahidi olan sektorun müdiri” sözləri “, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri” sözləri ilə əvəz edilsin.

2. Bu Fərman 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2015-ci il.