25 dekabr 2015, 16:10

Səadət Əliyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Son vaxtlar şəhərimizdə gedən abadlıq və quruculuq işləri yaşadığımız 18-ci mikrorayondan da yan keçməyib. Belə ki, mikrorayonumuzdakı binaların dam örtükləri yenisi ilə əvəz olunub. Görülən işlər sakinlər tərəfindən razılıq hissi ilə qarşılanıb.

Möhtərəm Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Əliyeva Səadət Həbibulla qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.