26 dekabr 2015, 15:00

Sima Mehdiyeva və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Uzun müddət idi ki, qəsəbəmizin sakinləri içməli su çatışmazlığından əziyyət çəkirdilər. Fasilələrlə verilən su tələbatımızı ödəmirdi. Sizin təsdiq etdiyiniz dövlət proqramlarına və tapşırıqlarınıza uyğun olaraq əhali sayının gündən-günə artdığı Badamdar qəsəbəsinin içməli su təminatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin yenilənməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bundan başqa, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi, təbii qazla bağlı heç bir problemimiz qalmayıb. Qəsəbəni şəhərlə birləşdirən əsas avtomobil yolu  yüksək səviyyədə təmir edilib, çoxmənzilli binaların istiliklə təminatı üçün lazımı işlər görülüb.

Möhtərəm cənab Prezident, sosial problemlərin həllinə göstərdiyiniz diqqət və qayğıya görə qəsəbə sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun.

Hörmətlə,

Mehdiyev Sima Cahangir qızı

Əzizov Cəmilə Tapdıq qızı

Məmmədova Dürdanə cahangir qızı

Əhmədova Təranə Abdurəhman qızı

Qarayev Pərvanə Rəcəb qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.