29 dekabr 2015, 13:00

Elxan Cümşüdovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da aparılan abadlıq və quruculuq işləri bizi çox sevindirir. Şəhərimizdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi ilə bağlı Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılması Sizin bizə olan diqqət və qayğınızın bariz nümunəsidir.

Möhtərəm Prezident, bir vətəndaş kimi şəhər sakinləri adından Sizə dərin minnətdarlığımı çatdırır, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. 

Hörmətlə,

Cümşüdov Elxan Xankişi oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.