|
05 mart 2011, 21:15
Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatı
Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentləri martın 5-də Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların gedişini və perspektivlərini ətraflı müzakirə etmişlər. Prezidentlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul edilmiş üçtərəfli Bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəlmişlər. 1. Hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmalı. 2. Bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etməyə və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etməyə çalışmalı. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə dair özlərinin müntəzəm əlaqələrinin böyük əhəmiyyət kəsb etməsini qeyd etmiş və ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə əlavə olaraq bu formatda əlaqələri davam etdirmək barədə razılığa gəlmişlər. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.