29 dekabr 2015, 14:20

Diləfruz Mahmudova, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Son illər respublikamızda təhsil sisteminin maddi-texniki təchizatının yaxşılaşdırılması ilə yanaşı, müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi və onları daha da həvəsləndirmək üçün müsabiqələrin keçirilməsi yaxşı nəticələr verməkdədir.

Mənim çalışdığım Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb bu il “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbimizin qalib olması məndə işimə, sənətimə olan sevgi və məsuliyyətimi daha da artırır. Çalışacağam ki, məktəbimizin uğurları üçün bundan sonra da daim həvəslə işləyim, ölkəmizin çiçəklənməsi naminə savadlı gənclərin yetişdirilməsinə öz töhfəmi verim.

Möhtərəm cənab Prezident, Sizə səmimi minnətdarlığımı bildirirəm. Ölkəmiz və xalqımız üçün gördüyünüz işlər görə çox sağ olun!

Hörmətlə,

Diləfruz Mahmudova

Sumqayıt şəhəri, 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.