Gerb

06 yanvar 2016, 15:00

Hörmətli cənab Prezident!

Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin kollektivi adından Sizi salamlayır, ali dövlət fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Siz 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Sərəncam imzaladınız. Bu Sərəncamınızla mükafatlandırılan məktəblər arasında bizim məktəb də var. 

Təhsilimizə göstərdiyiniz diqqət və qayğınıza görə pedaqoji kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

İbrahimov Vladim,

21 nömrəli tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.