Gerb

09 mart 2011, 20:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 297; 2009-cu il, № 6, maddə 419) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə aşağıdakı dəyişiklik və əlavə edilsin: 

1.1. 1.7-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: 

“Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər test imtahanlarından azad oluna bilərlər.”. 

1.2. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin: 

“Bu Əsasnamənin 1.7-ci bəndində göstərilən şəxslər üçün “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 8-ci maddəsində müəyyən olunmuş yaş həddi tətbiq edilmir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2011-ci il.