Davos İqtisadi Forumunun rəsmi saytında İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib

21 yanvar 2016, 11:15
Davos İqtisadi Forumunun rəsmi saytında İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib.

X X X

Dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qorumağa çalışır.

Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir.

Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artmışdır. Yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşmüşdür. Hazırda hər iki göstərici 5 faiz səviyyəsindədir. 2015-ci ildə qeyri-neft sənayesi 8.4 faiz artmışdır.

Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşmüşdür. Ona görə də bizim gəlirlərimiz də kəskin şəkildə azalmışdır, təbii ki, büdcə gəlirləri və eləcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir.

İndiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olmuşdur. Biz 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq.

Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görmüşdür.

Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır.

Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasəti enerji sahəsində də böyük işlər görülməsinə imkan yaratmışdır. Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir.

Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin icrasına başlanması tarixi hadisədir.

“Cənub qaz dəhlizi” 4 layihədən ibarətdir. Birincisi, “Şahdəniz-2” fazasının işlənilməsidir. “Şahdəniz” yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaqdır. Bütün bu dörd layihə “Cənub qaz dəhlizi”ni formalaşdırır. Azərbaycan bu dörd layihədə önəmli səhmdar, TANAP layihəsində isə əsas səhmdardır. “Cənub qaz dəhlizi”nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya “Cənub qaz dəhlizi” layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir.

Nəqliyyat infrastrukturunun inkişafı da ölkəmizdə prioritet istiqamətlərdəndir. Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək. Bunun tarixi əhəmiyyəti var.

Eyni zamanda, Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Yeni Beynəlxalq Dəniz Ticarəti Limanı da tikilməkdədir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaqdır.

Nəqliyyat infrastrukturunda olduğu kimi, müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə də xüsusi önəm verilir. Azərbaycan “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün “elektron hökumət” quruculuğu istiqamətində işlər aparılır.

Dövlət orqanları “ASAN xidmət” mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsini təmin edir. Hazırda respublika üzrə 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə dövlət orqanları tərəfindən 30 sahə üzrə 112, yardımçı funksional sahələr üzrə isə 140 xidmət göstərilir. İki yeni mərkəz isə tikilməkdədir. 10 səyyar avtobus ölkənin müxtəlif bölgələrində əhaliyə xidmət göstərir. “ASAN xidmət”in fəaliyyətə başlamasından iki il vaxt keçir. Bu müddət ərzində 7 milyon insan xidmətdən istifadə edib və əhalinin bu xidmətdən razılıq əmsalı 100 faizə yaxındır. Bəzi ölkələr bizim bu sahədə təcrübəmizdən istifadə etməyə başlamışlar.

Ölkəmizdə sosial infrastruktur layihələri də uğurla icra olunur. Son illərdə çoxlu sayda məktəb, uşaq bağçası və tibb müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir.

Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət ayırırıq. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektləri, mehmanxana kompleksləri tikilmişdir. Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycana gəlmişdir. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin olduğunu bir daha təsdiqləyir.

Qeyd edək ki, Azərbaycan dünyada həm də multikulturalizmin mərkəzlərindən biri kimi tanınır və xalqımız bununla fəxr edir.

SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:33
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

15 aprel 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:31
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

15 aprel 2024, 14:31
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:29
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...

15 aprel 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:27
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Məişət zorakılığının qarşısının alınması haqqında”...

15 aprel 2024, 14:27