İlham Əliyevin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub

22 yanvar 2016, 14:40
İlham Əliyevin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.

Söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edildi, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulandı. Həmçinin “İpək Yolu” layihəsinə dair məsələlər müzakirə olundu, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etdi.

gallery-photogallery-photo