22 yanvar 2016, 16:15

Fərqanə Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycanın təhsil sistemi dünyanın ən qabaqcıl ölkələrinin təhsil sistemləri ilə rəqabət aparacaq səviyyədədir. Dünyanın bu kəşməkəşli zamanında Siz bir an da olsa təhsilimizi diqqətdən kənarda qoymursunuz. Bu yaxınlarda imzaladığınız Sərəncamla təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması bizə böyük ruh yüksəkliyi bəxş etdi.

Möhtərəm cənab Prezident, təhsil işçilərinə göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan və kollektivimiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin bu diqqət və qayğınızdan ruhlanaraq Vətənimizə və xalqımıza layiqli övlad yetişdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

266 nömrəli məktəbin kollektivi adından dərin hörmətlə,

Əliyeva Fərqanə Sevdi qızı. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.