Beydulla Qarayev və başqalarından, Hacıqabul, Azərbaycan
22 yanvar 2016, 16:30
Hörmətli cənab Prezident!
Son iclaslarda və müşavirələrdə respublikamızın inkişafı naminə verdiyiniz tapşırıqları, qəbul etdiyiniz qərarları biz tibb işçiləri də ürəkdən dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyiniz altında respublikamızın inkişafı bundan sonra da uğurla davam etdiriləcəkdir.
Bu gün dünyada iqtisadi böhranın yaşandığı bir vaxtda əhalinin sosial təminatının və rifah halının yaxşılaşdırılmasını yaddan çıxarmırsınız. İmzaladığınız müvafiq sərəncamlara əsasən bir sıra sahələrdə çalışan insanların, eləcə də tibb işçilərinin əməkhaqlarının artırılması ölkə vətəndaşlarına göstərdiyiniz böyük qayğının nəticəsidir.
Möhtərəm cənab Prezident, Sizə ürəkdən təşəkkürümüzü bildirir, Azərbaycanın tərəqqisi naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər arzu edirik. Biz çoxsaylı tibb işləri bundan sonra da var gücümüzlə çalışacaq, daim Sizin yanınızda olacaq və Sizi dəstəkləyəcəyik.
Hörmətlə,
Qarayev Beydulla
İsmayılova Fatma.
Azərbaycan Respublikası, Hacıqabul rayonu.