Gerb

24 yanvar 2016, 14:30

Möhtərəm cənab Prezident!

Biz ahıl insanlar həyatın hər üzünü görmüşük. Hazırda yaranan müvəqqəti iqtisadi çətinlik gördüklərimizin müqabilində demək olar ki, heç nədir.

Firavan həyatını ümummilli liderimiz Heydər Əliyevin və Sizin rəhbərliyiniz dövründə tapan veteranlar, təqaüdçülər, onların ailələri tam ümidlidirlər. Çünki hər bir Azərbaycan vətəndaşının taleyi üçün özünü cavabdeh bilən Sizin kimi rəhbərimiz var.

Hörmətli cənab Prezident, pensiyaları və bir çox sahədə çalışan insanların əməkhaqqını artırdığınız üçün çox sağ olun. Varlığınıza sevinir, Sizə güvənir və özümüzü arxayın hiss edirik. Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Əliyev Abduləli, İsmayıllı Rayon Veteranlar Şurasının sədri

Həsənov İnqilab, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri

Aslanov Həsənalı, Böyük Vətən müharibəsi iştirakçısı

Məmmədova Səkinə, təqaüddə olan müəllim

Rəsulov Şəfaqət, Əməkdar müəllim, təqaüdçü

Azərbaycan Respublikası, İsmayıllı rayonu.