25 yanvar 2016, 12:15

Mehparə Ağayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ömrünü Azərbaycan xalqının və dövlətinin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə və idarəetmə bacarığına malik olan ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti hər birimiz üçün nümunədir. Bu gün Azərbaycan xalqı Sizin simanızda o dahi şəxsiyyətin siyasətini müşahidə edir. Siz ən çətin anlarda xalqın yanında olmusunuz. Ölkəmizi dünyada cərəyan edən iqtisadi və siyasi böhranlardan böyük ölçüdə qoruyaraq xalqımız üçün xilaskara çevrilmisiniz. Bu işlərin dəyəri çox böyükdür.

Möhtərəm cənab Prezident, hazırda yaşanan böhran fonunda bir çox sahələrdə çalışan işçilərin, həmçinin biz səhiyyə işçilərinin əməkhaqlarının artırılması Sizin vətənpərvər duyğularınızın təzahürüdür. Sizi əmin edirik ki, göstərilən diqqət və qayğını işimizlə doğrultmağa çalışacağıq.

Hörmətlə,

Ağayeva Mehparə İbrahim qızı, tibb işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.