Nadir İmanovdan, Bakı, Azərbaycan
02 fevral 2016, 11:00
Çox hörmətli cənab Prezident,
Siz ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, onun siyasi kursunun və iqtisadi strategiyasının davamçısı olaraq təkcə ölkəmizdə deyil, bütün dünyada böyük nüfuz qazanmısınız. Xalqımız, dövlətimiz naminə gördüyünüz hər bir iş maraqla qarşılanır və dəstəklənir.
Möhtərəm Prezident, Sizin sayənizdə Azərbaycan gündən-günə zirvələrə ucalır. Siz böyük siyasətçi, dərin zəkaya malik şəxsiyyətsiniz. Biz Sizi sevir və Sizinlə qürur duyuruq. Əmin ola bilərsiniz ki, həmişə Sizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.
Sizə və ailə üzvlərinizə uzun ömür və cansağlığı diləyir, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
İmanov Nadir Zeynal oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.