02 fevral 2016, 12:05

Nuranə Rəhimovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə Sizə çox minnətdarıq. Son vaxtlar şəhərimizin hər yerində abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Yaşadığımız 8-ci mikrorayonda məhəlləarası yollara asfalt örtüyünün döşənməsi bütün sakinlərin sevincinə səbəb olub. Biz Sizi daim dəstəkləyir, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Rəhimova Nuranə Vaqif qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.