Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub

02 fevral 2016, 18:10
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”i və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Nazirlər Kabinetinin işləri üzrə dövlət naziri Məhəmməd Abdulla Əl Qirqavi imzaladılar.

gallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55