Famin Salmanovdan, Bakı, Azərbaycan
03 fevral 2016, 12:05
Hörmətli cənab Prezident,
Azərbaycan Gənclər Forumunun 20 illiyi ilə əlaqədar mənim də iştirak etdiyim ölkə gənclərinin bir qrupu ilə keçirdiyiniz səmimi və səmərəli görüşdə gənclərin fəaliyyətindən məmnun qalmağınız, gələcək inkişafla bağlı səsləndirilən təkliflərə göstərdiyiniz müsbət reaksiya təkcə gəncliyə olan inam və etimaddan xəbər vermirdi. Bu, bundan sonra da Azərbaycan gəncliyinə dövlət qayğısının ənənəvi davam etdirilməsinə dair vacib mesaj idi.
Möhtərəm cənab Prezident, bu görüş mənim üçün şərəfli, tarixi bir gün, eyni zamanda, bir etimad idi. Cənab Prezident, Sizin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubiley tədbirində iştirakınız və proqram xarakterli çıxışınız biz gənc alimlər qarşısında çox böyük vəzifələr qoydu. Məhz Sizin səsləndirdiyiniz bütün məsələləri biz gənc alimlər araşdıraraq konkret fəaliyyət planı hazırladıq. Bir daha Sizi əmin edirik ki, bundan sonrakı fəaliyyətimizdə əldə etdiyimiz elmi nəticələrimizlə Azərbaycan cəmiyyətinə, iqtisadiyyatına, elminə daha da çox töhfə verəcəyik!
Biz həmişə Sizinləyik, cənab Prezident!
Hörmətlə,
Salmanov Famin Tahir oğlu
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikası, Bakı şəhəri