04 fevral 2016, 11:34

Natiq Qasımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin üzvlərini dövlət mükafatları ilə təltif etdiyinizə görə bütün kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk. Bu təltiflər ötən müddət ərzində gördüyümüz işlərə verilən ən yüksək və ali qiymətdir. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir.

Möhtərəm cənab Prezident, Azərbaycanımızın müqəddəs adının daha yüksək zirvələrə qaldırılması, ulu öndər Heydər Əliyevin müstəqil ölkəmizin inkişafı ilə bağlı ideyalarının həyata keçirilməsi naminə bundan sonra da bütün bacarıqlarımızdan istifadə edəcək və əzmlə çalışacağıq. Bir daha Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Qasımov Natiq Misir oğlu,

Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.