06 fevral 2016, 15:00

Tacəddin Dadaşov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz dövlətimizin və xalqımızın qarantısınız. Bütün sahələrlə yanaşı, məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsinə göstərdiyiniz qayğı göz qabağındadır. Məcburi köçkünlərin yaşayış şəraitini və sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə imzaladığınız fərman və sərəncamlarınızın, verdiyiniz tapşırıqların növbəti sevindirici nəticəsini Kəlbəcər rayonunun Zar kəndindən olan 18 ailə bu günlərdə bir daha hiss etdi. Biz hər bir şəraitə malik rahat evlərlə təmin olunduq.

Möhtərəm cənab Prezident, bizə belə gözəl şərait yaratdığınıza görə ailələrimiz adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Əminik ki, Sizin müdrik siyasətiniz sayəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq və biz öz dədə-baba yurdumuza qayıdacağıq.

Kəlbəcər rayonundan olan məcburi köçkünlər adından dərin hörmətlə,

Dadaşov Tacəddin Novruz oğlu

Şirinov Ələmdar Əziz oğlu

Əliyev Əfqan Şahvəli oğlu

Bəşirov Elnur Əşrəf oğlu və başqaları (cəmi 18 nəfər).

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.