09 fevral 2016, 14:00

Tural Mahmudovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Xalqını sevən vətənpərvər dövlət başçısı olduğunuz üçün biz gənclər Sizinlə fəxr edirik. Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə bu yaxınlarda keçirilmiş görüşünüzdə səsləndirdiyiniz fikirləri və tövsiyələri çox yüksək qiymətləndirir, bundan faydalanmağa çalışırıq.

Azərbaycanın inkişafını gözü götürməyən, uğurlarımıza qısqanan bəzi qüvvələr nə qədər “canfəşanlıq” etsələr də, xalq-iqtidar birliyini sarsıda bilməyəcək, onların əməlləri hər zaman nəticəsiz qalacaq.

Möhtərəm cənab Prezident, bütün bu işlərə görə Sizə minnətdarlığımı bildirir, Sizə və ailənizə möhkəm cansağlığı arzu edirəm. Ulu Tanrı Sizi bu xalqın başı üzərindən əskik etməsin.

Hörmətlə,

Mahmudov Tural Vaqif oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi.