17 fevral 2016, 14:15

Gültəkin Mürsəliyevadan, Moskva vilayəti, Rusiya Federasiyası

Hörmətli cənab Prezident,

2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Sizin yenilikləriniz, çoxsaylı ideya və təşəbbüsləriniz bizi çox sevindirir.

Elmi-tədqiqat fəaliyyəti çərçivəsində tarixi Vətənimdə, məzunu olduğum İsmayıllı şəhər 1 nömrəli orta məktəbdə çalışır, araşdırma aparırdım. Həm mənə yaradılan şəraitdən, həm də hər addımbaşı hiss olunan inkişaf və tərəqqidən çox məmnun qaldım.

Azərbaycanın yetişməkdə olan gənc nəslinin nümayəndələri Rusiyanın elmi dairələrində öz ölkələrini ən yaxşı şəkildə təbliğ etməyə, daha yaxından tanıtmağa çalışırlar. Bu amil məni xüsusən vüqarlandırır.

Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının dünya cəmiyyətinə inteqrasiyası və inkişafı yolundakı böyük xidmətlərinizə, Vətənimizlə fəxr etməyə səbəblər verildiyinizə görə Sizə “Çox sağ olun!” deyir, bütün işlərinizdə uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Mürsəliyeva Gültəkin Məzahir qızı

Rusiya Dövlət Humanitar Universiteti nəzdində elmlər doktoru dərəcəsi üzrə araşdırmaçı

Rusiya Federasiyası, Moskva vilayəti, Lyuberts şəhəri.